Buraxılış sinif şagirdləri imtahan verdi
2020-06-19 16:03
Şəmkirdə Dövlət İmtahan Mərkəzi tərəfindən 11-ci siniflər üçün yekun qiymətləndirmə və 9-cu sinif rus bölməsi üzrə Azərbaycan dili fənnindən imtahan keçirilib. 1727 məzun 7 binada imtahan verib. Şagirdlər ara məsafəsi gözləməklə, maska taxmaqla, əlləri dezinfeksiya olunduqdan sonra binaya buraxılıb. 171 nəfər nəzarətçi müəllim və 21 imtahan rəhbəri 3 saat ərzində prosesi izləyib. DİM-in Şəmkir Regional Bölməsinin müdiri Faiq Həsənov.
Vüsalə Camal