Buraxılış imtahanlarında yalnız keçirilən mövzular suallara salınacaq
2021-01-25 10:05
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır və salınacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, tədris proqramlarına görə xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşdığından buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər.
Nərgiz camal