Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə ikinci şans verilir
2021-09-02 14:06
Dövlət İmtahan Mərkəzi 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək. Həmin gün Azərbaycan dili imtahanlarında iştirak edə bilməyən şagirdlər də biliklərini sınayacaqlar.
Fərid Mehdiyev