Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə siyahısında dəyişiklik edilib
2020-06-20 12:05
Dövlət İmtahan Mərkəzi tərəfindən 24 və 25 iyunda keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarının rayon və şəhərlər üzrə siyahısında dəyişiklik edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Proses həmin şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq. İyunun 24 və 25-də Gəncə, Qazax və Ağstafa şagirdləri də imtahan verməli idilər.
Fərid Mehdiyev