Buraxılış imtahanlarının nəticələrinin açıqlanacağı tarix bəlli olub
Martın 9-da keçirilmiş buraxılış imtahanlarının nəticələri ayın 25-dən sonra elan olunacaq. Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə imtahan sahəsində təcrübə mübadiləsi aparılması planlaşdırılır.Qeyd olunub ki, bu əməkdaşlıq həm təhsil, həm də kadr seçimi istiqamətində davam etdiriləcək.
10 aprel 2026

