Buraxılış imtahanında iştirak etməyənlərin qəbul imtahanında iştirakına icazə verilib
2020-08-12 14:04
Dövlət İmtahan Mərkəzi sabah cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları, I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan keçirəcək. DİM-in məlumatına görə, qəbul imtahanlarının I mərhələsində iştirak etməyən cari il məzunlarınin imtahanın II mərhələsində iştirak etmələrinə icazə verilib.
Nərgiz Camal