Bundesliqa rəhbərliyi 36 klubun iştirakı ilə keçirilməli olan Assambleyanı təxirə salıb
2020-04-15 10:06
Bundesliqa rəhbərliyi 36 klubun iştirakı ilə keçirilməli olan Assambleyanı təxirə salıb. Assambleya 6 gün sonraya ayın 23-nə planlaşdırılıb. Bu, onunla bağlıdır ki, qarşıdakı bir həftə ərzində Almaniya hökuməti koronavirus pandemiyası ilə mübarizədə növbəti tədbirləri açıqlamalıdır. Buna görə də Bundesliqa çempionatı mayın 1-də bərpa etməklə bağlı qərarı qəbul etmək üçün tələsməyib. Çünki karantin müddəti aprelin 30-dan sonraya uzadılsa, çempionatla bağlı qərar məntiqsiz olacaq.
Fərid Mehdiyev