2020-02-02 10:10
Dövlət başçısı ötən gün Azərbaycan Televiziyasına verdiyi müsahibədə bütün dünyanı cənginə alan pandemiyadan danışıb. Ölkələr arasında olan vaksinasiya qalmaqalının səbəbini ədalətsizlikdə görüb, bu sahədə hətta müttəfiqlər arasındakı münasibətlərdə olan ziddiyyətlərə toxunub. Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq” deyən prezident Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edib. Bildirib ki bu məsələ beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırılmalıdır. Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm. Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər. Azərbaycanda bu sahədəki vəziyyəti müsbət qiymətləndirən prezident ölkəmizin Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verdiyini xatırladıb.
Fərid Mehdiyev