Bukmekerlər "Qarabağ"ı şanslı saymırlar
2021-12-28 18:04
UEFA Konfrans Liqasında turnirin qalibi olmaq üçün əmsallar açıqlanıb. Azərbaycan təmsilçisi “Qarabağ”ın da avrokubok qazanmaq ehtimalı bəlli olub. Bukmekerlər Qurban Qurbanovun komandasına güvənmirlər. Ağdam klubunun kubok qazanmaq şansı 80 əmsaldır. Bu, 24 klub arasında 22-ci göstəricidir. “Lester”lə “Roma” isə turnirin favoritləridir. “Qarabağ”ın pley-offdakı rəqibi “Marsel” bu göstəricidə üçüncüdür.
Nərgiz camal