Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb
2021-03-30 10:11
Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 97 kq-da çıxış edən idmançı finalda macarıstanlı rəqibi ilə qarşılaşıb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan Məhəmmədov rəqibinə 11:5 hesabı ilə qalib gələrək, Avropa çempionu olub. Hacı Əliyev, Əşrəf Aşırov, Əliabbas Rzazadə isə gümüş medal qazanıb.
Nərgiz camal