Bu məmləkətdə bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Milix Yevdayev
2020-10-13 18:07
“Müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib. Bu məmləkətdə bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Azərbaycanda heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələr, çəkişmələr, digər xoşagəlməz hallar olmayıb". Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev bildirib ki, yəhudilər Azərbaycanın bütün qələbələrinə sevinir və bundan qürur duyur, Azərbaycanı öz doğma vətəni hesab edirlər.
Fərid Mehdiyev