Bu mövsümdə kəskin respirator xəstəliklərə yoluxma riski yüksəkdir
2020-11-14 14:07
"Bu mövsümdə kəskin respirator xəstəliklərə yoluxma riski yüksəkdir. Hazırda COVID-19 pandemiyası davam etməkdədir, bu zaman eyni vaxtda bir neçə virusa yoluxma ehtimalı da mövcuddur". Səhiyyə Nazirliyinin şöbə müdiri Nəzifə Mürsəlova bildirib ki, bir çox xəstələrin həkimə gec müraciət etməsi və ya evdə özünümüalicə ilə məşğul olması xəstəliyin ağırlaşmasına və hətta ölümlə nəticələnməsinə gətirib çıxarır. Odur ki, insanların xəstəlik əlamətləri olduqda özlərini təcrid etməklə yanaşı dərhal aidiyyəti üzrə həkimə müraciət etmələri məsləhətdir.
Fərid Mehdiyev