"Bu, İrəvanın son şansıdır” - Azərbaycan Təhlükəsizlik Şurasının katibi
2021-06-14 10:00
“Prezident İlham Əliyev Naxçıvana açılacaq birbaşa quru yol dəhlizinin alternativ variantı ilə sübut etdi ki, Cənubi Qafqazda əsas güc mənbəyi, söz sahibi Azərbaycandır və heç bir maneə onu hədəflərindən çəkindirə bilməz. Ölkəmiz indi Ermənistanı qlobal layihələrdə iştirak imkanından növbəti dəfə təcrid edə bilər. Bu, İrəvanın son şansıdır”. Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun sözlərinə görə, növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır ki, artıq İrəvan burada da maneə yaratmaq imkanlarını itirir.
Fərid Mehdiyev