Bu ilin ilk yarısının ən yaxşı klub məşqçilərinin adlarını açıqlanıb
“Goal” nəşri 2023/2024 mövsümünün ilk yarısının ən yaxşı klub məşqçilərinin adlarını açıqlayıb. Siyahıya Almaniyanın “Bayer” klubunun çalışdırıcısı Xabi Alonso başçılıq edir. UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda çıxış edən Leverkuzen təmsilçisinin mövsüm ərzində hələ də məğlubiyyətlə üzləşməməsi ispaniyalı mütəxəssisin digərlərindən fərqlənməsi ilə nəticələnib. Ümumilikdə 15 məşqçinin yer aldığı siyahıda İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola sonuncudur.
Vüsalə Cənnətova