Bu il ərzində Cəbrayıla köç planlaşdırılır
Bu il ərzində yenidən salınmış Cəbrayıl şəhərinin mərkəzinə, eləcə də bu rayonun bir neçə kəndinə köç planlaşdırılır. Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin sözlərinə görə, Zəngilan və Qubadlı rayonlarında da yeni yaşayış məskənlərinin inşası davam edir və həmin ərazilərə də köç nəzərdə tutulur. Hazırda Ağalıda 175 ailədən ibarət 871 nəfər sakin məskunlaşıb.
Fərid Mehdiyev