Bu il sahibkarlara ayrılan güzəştli kreditlərin 88 %-i regionların payına düşür
Bu il sahibkarlara ayrılan güzəştli kreditlərin 88 %-i regionların payına düşür. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1732 sahibkara 72,1 milyon manat, o cümlədən 1725 kiçik və orta həcmli layihəyə 53,4 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib ki, bu kreditlər hesabına 1690 yeni iş yerinin açılması imkanı yaranıb.