Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq
Sərsəng Su Anbarının yenidən qurulmasına bu il start veriləcək.Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi İlham Quliyev bildirib ki, Sərsəng iri hidrotexniki kompleksdir. Kompleksə su elektrik stansiyası, Suqovuşan hidroqovşağı və magistral kanallar daxildir.Anbarın ümumi həcmi 560 milyon kubmetrdir.Son illərdə Suqovuşan hidroqovşağı və bəzi magistral kanallarda əsaslı təmir işləri aparılıb. Sağ sahil kanalında isə minalardan tam təmizlənmədən sonra bərpa işlərinə başlanacaq.
03 iyun 2026

