Bu il Qurban bayramı namazı qılınmayacaq
2020-07-28 18:03
Koronavirus pandemiyasına görə bu il Azərbaycanın məscidlərində Qurban bayramı namazı qılınmayacaq. Qafqaz Müsəlmanları İdarəsi bayram namazının evdə qılınmasını tövsiyə edib. Eyni zamanda vətəndaşlara qurbanlıqları onlayn qaydada sifariş etməkləri məsləhət görülür. Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək.
Vüsalə Camal