Bu il ilk dəfə olaraq mayın 28-i Müstəqillik Günü kimi qeyd edilir
2021-05-28 10:05
Bu il ilk dəfə olaraq Azərbaycanda mayın 28-i Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd edilir. 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan ediblər. Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika olub. Ancaq cəmi 23 aydan sonra -1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və respublika süquta uğrayıb.
Vüsalə camal