Bu il Gədəbəy kartofu bol olacaq

2019-07-11 15:43

Bu il Gədəbəy kartofu bol olacaq. 2019-cu məhsul ili üçün rayon ərazisində 10 min 377 hektar sahədə kartof əkilib. Təsərrüfatçılar yüksək repraduksiyalı toxumlardan istifadə ediblər. Hazırda sahələrdə bütün aqrotexniki tədbirlər və xəstəliklərə qarşı dərmanlama işləri yekunlaşıb. Hər hektardan 120 sentner məhsulunu tədarükü planlaşdırılır.

Fərid Mehdiyev