Bu il Füzuli hava limanının uçuş-enmə zolağı istismara veriləcək

2021-04-27 18:00

Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir, bu il uçuş-enmə zolağı istismara veriləcək. Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoyan Prezident İlham Əliyev onu da bildirib ki, burada uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Hava limanı bütün növ təyyarələri qəbul etməyə qadir olacaq. Füzuli, Zəngilan və ondan sonra Laçında inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Dövlət başçısı təməli qoyulan Horadiz-Zəngilan avtomagistral yolundan, Zəngilanda birinci kənd layihəsinin icrasından da söz açıb, Ağalı kəndinin təməl daşının qoyulmasının böyük qayıdışın birinci addımı olduğunu bildirib.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik