Bu il bəzi ixtisaslarda keçid balları dəyişə bilər
Keçid balları ali məktəbə, ixtisasa uyğun və verilən yerlərə uyğun müəyyənləşir. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu il şagirdlərin sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək: "Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər" - deyən Məleykə Abbaszadə bu il 11-ci siniflərin imtahan nəticələrinin yüksək olduğunu da vurğulayıb.
Vüsalə Cənnətova