Canlı
Bu il 10 nəfərin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

2017-12-29 / 14:04

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısında 600-ə yaxın insanın adı var. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, 2017-ci il ərzində 10-a yaxın şəxs adlarının bu siyahıdan çıxarılması ilə bağlı Azərbaycan tərəfinə müraciət edib. Müraciət edənlərin bir qisminin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb və digərlərinin müraciətlərinə baxılır.

Vəfa Şairova