Bu il əmək müqavilələrinin sayında 100 minə yaxın artım qeydə alınıb
2020-05-01 14:05
Bu il əmək müqavilələrinin sayında 100 minə yaxın artım qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, əmək müqavilələrinin sayı bu ilin əvvəlindən mayın 1-dək 98 min artıb. Əmək müqavilələrində artımın 88 mini özəl sektorun payına düşüb.
Nərgiz Camal