Bu il ölkədə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 43 cinayətkar qrup zərərsizləşdirilib
ilin ötən dövründə ölkədə daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqədar 2497 cinayət, o cümlədən satışı ilə bağlı 659 fakt müəyyən edilib, 115 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,5 faiz və ya 200 kiloqram çox narkotik vasitə çıxarılıb. Eyni zamanda 59,4 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Vəfa Şairova