Bu gün Xankəndi-Laçın yolundan 54 avtomobil keçib
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 26 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Onlardan bir minik və iyirmi üç yük avtomobili Xankəndidən Laçın, iki yük maşını isə əks istiqamətə maneəsiz hərəkət edib. Bununla da bu gün yoldan maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 54-ə çatıb.
Vüsalə Cənnətova