Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır
İlk gündə iki oyun keçiriləcək. Turnirin favoritləri “Mançester Siti” ilə “Real” səfər oyununa çıxacaqlar. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi olan İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olacaq. İspaniya nəhəngi “Real” isə Almaniyada yerli “Leyptsiq”lə üz-üzə gələcək. Hər 2 oyun gecə saat 12-ə başlayacaq. Komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək.
Fərid Mehdiyev