Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq
A, B və C Liqalarında keçiriləcək 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olacaq. Günün ən maraqlı qarşılaşması Portuqaliyada baş tutacaq. Adı çəkilən ölkənin millisi İspaniyanı qəbul edəcək. İsveçrə Çexiyanın müqavimətini qırmağa çalışacaq. Ukrayna Şotlandiyanı, İrlandiya isə ötən tur darmadağın olan Ermənistan millisini sınağa çəkəcək. İslandiya Albaniya, Sloveniya İsveç, Serbiya isə Norveç səfərinə yollanacaq. Yunanıstan Şimali İrlandiya ilə, Kosovo isə Kiprlə üz-üzə gələcək. Bütün görüşlər eyni vaxtda - saat 22.45-də start götürəcək.