Bu gün Su çərşənbəsidir
Bu gün Novruz bayramının ilk çərşənbəsidir. Su çərşənbəsi ilə qədim bayrama hazırlıqlar başlayır. Bəzi mənbələrdə bu çərşənbəyə “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Fevralın 28-də Od, martın 7-də Külək, 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək. Bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 1:24:24-ə təsadüf edəcək.
Fərid Mehdiyev