Bu gün rezidenturaya boş qalan plan yerlərinə qeydiyyat prosesi start verilib
Bu gün saat 12-dən ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya boş qalan plan yerlərinə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyat prosesinə start verilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbul olan namizədlər portal.edu.az sistemindən qeydiyyatdan keçməlidirlər. Proses 26 sentyabr saat 23:59-da yekunlaşacaq.