Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha 2 oyunu keçiriləcək. Günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.Matç saat 15:30 da start götürəcək. Hazırda 10 xala malik komandalar 5-6-cı yerləri bölüşdürür. İki kollektiv indiyədək ölkə çempionatında üz-üzə gəlməyib.Turun mərkəzi oyununda isə "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq.Oyun saat 18-də başlayacaq. Tura oktyabrın 2-də oynanılacaq "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları ilə yekun vurulacaq.