Həmin tarixdən 67 il ötür. Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyət göstərməyə başlayıb. İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi. Bir il sonra - 1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də yayımlanıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən televiziyalardan biri də kifayət qədər yaşı olan, hər zaman tamaşaçıları üçün fəaliyyət göstərən “Kəpəz” televiziyasıdır.
Nərgiz Camalzadə