Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha 2 oyunu keçiriləcək. Günün ilk matçı saat 14:30-da Şamaxıda eyniadlı komanda ilə "Sabah" arasında olacaq. Hazırda bölgə təmsilçisi 16 xalla sonuncu, paytaxt klubu isə 53 xalla 2-ci pillədə qərarlaşıb. Günün son matçında saat 17-də "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. 18 xalı olan "gənclik şəhəri" təmsilçisi 7-ci, rəqibindən 1 xal az toplayan Gəncə klubu 9-cu sırada yer alıb.
Vüsalə Cənnətova