Bu gün Azərbaycan Kubokunda son yarımfinalçılar bəlli olacaq
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq. Günün ilk oyununda "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Digər matçda isə saat 19:00-da "Neftçi" və "Zirə" komandaları üz-üzə gələcəklər. Bu iki cütün qalibi yarımfinalda bir-birinə rəqib olacaq.