Bu gecə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib
2021-04-16 10:10
Bu gecə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. “Arsenal” Çexiya səfərində “Slaviya” ilə qarşılaşıb. 1:1 bitən ilk oyunun cavab görüşündə İngiltərə nəhəngi darmadağına sevinib - 0:4. İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” İspaniya “Qranada”sını qəbul edib. “Qırmızı şeytanlar” ilk oyunda olduğu kimi bu dəfə də rəqibini 2 cavabsız qolla məğlub edərək növbəti mərhələyə yüksəliblər. “Dinamo Zaqreb”-“Vilyarreal” qarşılaşmasında ispanlar 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəliblər. Yarımfinalda “Mançester Yunayted” “Roma” ilə, “Arsenal” isə “Vilyarreal”la qarşılaşacaq. İlk oyunlar aprelin 29-da, cavab görüşləri mayın 6-da keçiriləcək.
Fərid Mehdiyev