Bu gecə UEFA Çempionlar Liqasında son iki yarım finalçının adına aydınlıq gələcək
2021-04-14 12:00
Bu gecə UEFA Çempionlar Liqasında son iki yarım finalçının adına aydınlıq gələcək. 1/4 final mərhələsinin ikinci oyun günündə İngiltərənin “Liverpul” klubu 3:1 məğlub olduğu qarşılaşmanın revanşında doğma meydanda “Real Madrid”i qəbul edəcək. Günün digər matçında turnirin favoritlərindən sayılan “Mançester Siti” Almaniyada “Borussiya Dortmund" un qonağı olacaq. Komandalar arasındakı ilk oyunda “şəhərlilər” 2:1 hesabıyla qələbə qazanıblar. Hər iki oyunun start fiti Bakı vaxtı ilə saat 23-də səslənəcək.
Vüsalə Camal