Bu gecə Ramazanın sonuncu Qədr gecəsidir
2020-05-20 12:06
Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr gecəsi olacaq. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Ramazanın 26-cı gününün axşamı da Əhya gecəsi sayılır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Fitr bayramıdır.
Vəfa Şairova