Bu gecə ay mavi rəngdə olacaq
2020-11-01 12:08
Bu gecə çox nadir rast gəlinən təbiət hadisələrindən biri olan “Mavi Ay” müşahidə ediləcək. O, 1 əsr ərzində yalnız 5 dəfə meydana gəlir. Astronomların hesablamalarına görə, növbəti belə təbiət hadisəsi 2023-cü ildə yaşanacaq. Yerin peykinin rəngi dəyişmir, sadəcə dünyada vulkan püskürməsi və meşə yanğınlarının səbəb olduğu toz buludlarının hərəkəti nəticəsində mavi və onun çalarlarında göründüyündən, astronomlar nadir təbiət hadisəsini belə adlandırıblar.
Fərid Mehdiyev