Bu gündən restoranlar açılır
2020-08-18 10:00
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə bu gündən ictimai iaşə obyektlərində müştərilərə açıq havada xidmət göstərilməsinə icazə verilib. Sərt karantin rejimi tətbiq olunan 13 şəhər və rayonda, o cümlədən Gəncədə ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək həyata keçiriləcək. Qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağandır.
Nərgiz Camal