Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başlayıb.Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə azı 3 tədris ili fasiləsiz çalışan müəllimlər iştirak edə bilər. Namizədlər sertifikatlaşdırma, müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmədə iştirak nəticələrinə uyğun balla müraciət edə bilərlər.Qeydiyyat 20 aprel saat 11:00-dək miq.edu.az portalı vasitəsilə aparılır.
13 aprel 2026

