Bu gündən dövlət orqanlarının bütün əməkdaşları azı 2 doza peyvənd olunmalıdırlar
2021-02-01 10:00
Bu gündən etibarən dövlət orqanlarının bütün əməkdaşları ən azı 2 doza peyvənd olunmalıdırlar. Nazirlər Kabinetinin qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, habelə iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.
Vüsalə camal