Bu gündən beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır
Bu gündən dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır. 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley də təmsil olunur. Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçündür.