Bu gündən bağçalar açılır
2020-09-15 10:06
Bu gündən Bakı, Sumqayıt, Abşeron istisna olmaqla Azərbaycanda bağçalar açılır. 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində isə ümumilikdə 1 milyon 574 min 206 şagirdin təhsil alacağı gözlənilir. 165 min 511 nəfər 1-ci sinfə qədəm qoyur. Gəncənin 46 orta məktəbinin ibtidai siniflərinə 18 minə yaxın şagird gedəcək ki, bunların da 4298-i birincidir.
Fərid Mehdiyev