Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq
2021-06-01 10:09
Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq. Qonşu ölkə yeni növ koronavirus pandemiyası səbəbindən bir ildən çoxdur bağlı saxladığı quru sərhədlərini açıb. Gürcüstana daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan Pe Ze eR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. Koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçənlər də həmin sənədi təqdim etməli olacaqlar.
Fərid Mehdiyev