Bu gündən Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb
2021-04-01 12:05
Bu gündən Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, 2004-cü ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olan, habelə 1987–2003-cü illərdə doğulan, yaşı 35-dək olan hərbi xidmət keçməmiş vətəndaşların xidmət yerlərinə göndərilməsinə başlanılıb. Proses aprelin 30-dək davam edəcək.
Nərgiz camal