Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır
2021-01-12 12:07
Bu gün saat 18-dən etibarən şagirdlərin elektron yerdəyişməsi portalı - sy.edu.az vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır. Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.
Vüsalə camal