Bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılır
2021-06-10 10:00
Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 26-da qəbul etdiyi qərara əsasən, bu gündən ölkə ərazisində dini ibadət yerlərinin, idman və sağlamlıq-bərpa obyektlərinin, nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla iri ticarət mərkəzlərinin, o cümlədən çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti bərpa edilir. Dini ibadət yerlərinə və idman zallarına daxil olan şəxslərdən Covid passportu tələb olunacaq. Daha bir qərarla bu gündən Azərbaycanda hava nəqliyyatında əcnəbilərdən COVID-19 pasportu tələb ediləcək.
Fərid Mehdiyev