2021-10-01 10:08
Bu gündən ölkədə karantin rejimi yumşaldılır. Həftəsonu ictimai nəqliyyatda fəaliyyətin dayandırılması ləğv olunur. İstirahət və əyləncə, uşaq əyləncə məkanlarının, ümumi tutumunun 50 faizindən çoxu olmamaq şərtilə mədəniyyət obyektlərinin, konfrans zallarının, kinoteatrların, teatrların, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyəti saat 00-dək bərpa edilir. Qapalı məkanlarındakı xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu, immunitet sertifikatı ilə istifadə edə bilərlər. Bakı, Sumqayıt, Abşeron arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarında COVID-19-a qarşı birinci doza və ya immunitet sertifikatı tələb olunur. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən isə ikinci doza peyvənd olunmaları və ya immunitet sertifikatı istənilir.
Nərgiz camal