Bu gündən ölkədə bəzi karantin qaydaları yumşaldılıb
2020-01-25 10:00
Bu gündən ölkədə bəzi karantin qaydaları yumşaldılıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ticarət obyektlərinin fəaliyyəti bərpa olunur. İctimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların işi istisnadır. Həmçinin, bərbərxanalar, gözəllik salonları fəaliyyətə başlayır, muzeylər və sərgi zalları açılır. 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunur. Ölkədə xüsusi karantin rejimi isə aprelin 1-dək qüvvədədir.
Fərid Mehdiyev