Canlı
Bu gün yığmamızın elit-raunddakı rəqibləri bəlli olacaq

2018-12-06 / 13:56

Bir neçə dəqiqədə əvvəl 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi başlayıb. Püşk zamanı C səbətində yer alan Azərbaycan millisi də rəqiblərini tanıyacaq. Tədbir İsveçrənin Nyon şəhərində keçirilir. Püşkatmada 28 komanda 7 qrupa bölünüb. Elit-raundun oyunları 2019-cu ilin yazında baş tutacaq. Qalib komandalar Ermənistanda təşkil ediləcək final mərhələsinə yüksələcək.

Ruhəngiz Hacızadə